Bu borular həm elektrik, telekommunikasiya və digər ötürücü xətlərin təhlükəsizliyinin təminatında, həm də təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında geniş istifadə olunur.
Digər borulardan fərqli olaraq, ikiqatlı polietilendən hazırlanmış ikiqat təzyiqsiz koruge boruların aşağıdakı üstün cəhətləri vardır:
Genağız birləşmənin hesabına tez və asan montaj;Boruların açıq sahədə torpaq üzərində düzülməsinin, hətta böyük dinamik yüklənmələrə malik yolların altından da keçirilməsinin mümkünlüyü;Çox da böyük kütləyə malik olmayan bu boruların böyük həlqəvi sərtliyə malik olması və böyük ağırlıqlara davam gətirməsi (8 KN/ m2 və ya SN8);Daxili səthin hamar olması səbəbindən müxtəlif qatqıların və çöküntülərin yığılıb qalmaması;+95°C-yə qədər olan temperaturlu suyu nəql etmək qabiliyyətinə malik olması.