PE 100 polietilen boruları plastik boru istehsalında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu borular ən müasir polietilen borular hesab olunur və yüksək təzyiqə davamlılığı ilə seçilir. Bu borular digər PE borularına (PE 32, PE 80) nəzərən daha incə divar qalınlığına malikdir. Bu da PE 100 borularının daha yüngül olmasını, digər alternativ məhsullarla müqayisədə daha ucuz başa gəlməsini və asan daşınmasını təmin edir. РЕ 100 boruları magistral qaz və su xətlərinin çəkilməsində, yeraltı və yerüstü içməli və texniki məqsədlər üçün su şəbəkələri, su drenaj sistemləri ,tarla suvarma sistemləri, neft yataqları, kimya və neft-kimya sənayesi, bina və sənaye obyektlərinin tikintisi kimi sahələrdə tətbiq olunur. Ən son Avropa texnologiyasına uyğun müasir avadanlıq və makinalardan istifadə etməklə 20 mm-dən 630 mm-ə qədər ölçüdə, 5 atm-dən 32 atm-dək bütün növ polietilen borular istehsal edirik. •DN – borunun nominal diametri, (mm) •S – Borunun divar qalınlığı, (mm) •SDR – Standart Ölçülər Nisbəti •PN – Nominal atmosfer təzyiqi